Çətir dəbi

0
47

İndi istifadə etdiyimiz çətirlər müasir formasına düşənə qədər uzun yol qət edib. Təxminən 3500 il bundan əvvəl ilk çətirlər Qədim Misirdə istifadə olunmağa başlayıb. Bu çətirlər Misirin havasına uyğun olaraq, əsasən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdur. Daha sonra e.ə. 11-ci əsrdə Çində ipək və suya davamlı çətirlər istehsal olunmağa başladı ki, bunları da ancaq kübar insanlar istifadə edə bilərdi.

Qədim Yunanıstan və Romada istehsal olunan çətirlər isə öz kübar görünüşü ilə qadınların əvəzolunmaz aksessuarına çevrilmişdi. Elə o dövrdən qadınlar bu əşyanı davamlı istifadə etməyə başladı. Artıq zaman keçdi və Avropada Renesans dövründə, əsasən, Fransa, İtaliya, İngiltərədə kübar, varlı ailələr arasında geniş istifadə edilməyə başladı. Bu dövrdə hələ də çətirlər çətin açılıb-bağlanırdı.

Baxmayaraq ki, ipəkdən və bahalı materiallardan hazırlanırdı. «Böyük kəşflər» dövründə bu lazımlı əşya Cənubi Amerikaya da gedib çıxmışdı. Amma burada qadınlar 18-ci əsrin ortalarında yavaş-yavaş çətirdən istifadə etməyə başladılar. 

Çətirin müəyyən mənada daha əlverişli əşyaya çevrilməsi zaman aldı. Ta 1928-ci ilə qədər davam etdi bu proses. 1928-ci ildə isə Hans Haupt indiki şəklə uyğun oval çətirlərini dizayn etdi. 1969-cu ildə isə Bradford E Phillip müasir qatlama mexanizmi ilə çətirlərini təqdim etdi. Müasir dövrdə isə indi istifadə etdiyimiz çətirlər isə 2008-ci ildə Çində yerləşən böyük çətir manufakturalarında dizayn edildi. Qeyd edək ki, çətir mövzusunda ən yaxşı brend heç sübhəsiz ki, Burberry-dir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here