Bu filmlərə baxanda adam arıqlayır – Siyahı

0
34

Britaniyalı alimlər kalori itkisinə səbəb olan filmlərin siyahısını hazırlayıb.

alov.tv xəbər verir ki, araşdırmacıların fikrinə görə, qorxulu film izlədikdə orqanizm üç dəfə çox enerji sərf edir. Bu da filmin xronometrajından asılı olaraq kalori ifrazına səbəb olur.

Seanslar zamanı eksperiment iştirakçılarının nəbzi, udduqları oksigenin, buraxdıqları karbon qazının miqdarı və başqa göstəricilər ölçülüb. Məlum olub ki qorxu filmləri nəbz-qan dövranına, metabolizmə, adrenalin ifrazına, iştahaya təsir edir.
Eksperimentin nəticəsinə görə, iştirakçıların ən çox kalori itirdiyi film Stenli Kubrikin “Parıltı”sıdır. Bir dəfə “Parıltı” izləmək 184 kilokalori enerji itkisidir.
Qeyd edək ki, 184 kkal enerji itkisi yarım saat gəzməyə bərabərdir.

Siyahını təqdim edirik:

“Parıltı” — 184 kilokalori
“Çənələr” – 161 kkal
“Şeytanı qovan” – 158 kkal
“Yad” – 152 kkal
“Mişar” – 133 kkal
“Qarağac küçəsində qarabasma” – 118 kkal
“Paronormal hadisələr” – 111 kkal
“Texasdakı mişar qətliamı” – 107 kkal
“Blerdən olan cadugər” – 105 kkal

Ömər Xəyyam
kult.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here