Brent Stirton (Cənubi Afrika Respublikasında anadan olub) Nyu Yorkda fəaliyyət göstərən “Getty İmages”in   baş fotoqrafıdır.
Stirton müntəzəm olaraq QİÇS, vərəm və malyariya xəstəlikləri üzrə Qlobal Biznes İttifaqı üçün dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərir. Ford və Klinton Fondları, Nike Fondu və Dünya İqtisadi Forumu üçün  layihələr həyata keçirir.  Discovery Channeldə köşə yazır.
Brent 2008-ci ildə Dünya İqtisadi Forumunun Gənc Lideriseçilib.
Həmçinin, “Canon” Fotoqrafiyasını təmsil edən 12 fotoqrafdan biri kimi Canon səfiridir.
Hadisələrin vizual şərhini vermək üçün Stirton dünyanın aparıcı nəşriyyatlarından olan jurnalistlərlə işləyir. Son illərdə müntəzəm şəkildə “CNN”dən Kristina Amanpur və Anderson Koperlə birgə sunami fəlakəti və ya dini fundamentalizm kimi mövzular üzərində işləyib və bu hadisələrlə bağlı sənədli filmlər ərsəyə gətirib.

Onun foto əsərlərini təqdim edirik:

 

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here