MARJANE SATRAPI’NİN DİQQƏTDƏN KƏNAR “CHICKEN WITH PLUMS”I

0
87

Marjane Satrapi’nin qrafik memuarı Persepolis hər nə qədər məşhurdusa, Chicken with Plums’ı (Toyuq-Qaralı Aş) həm qrafik roman, həm də film kimi bir o qədər diqqətlərdən kənardadır. Həyat yoldaşı tarını parçaladıqdan sonra bütün günü yatağına uzanıb ölümü gözləyən musiqiçi Nassir Əli-Xanın alınmayan sevgisi, peşmançılığı, itkiləri, keçmişi, habelə ölümündən sonra ailəsinin vəziyyəti roman boyu onun ölümü gözlədiyi 8 gündə əhatə edilir. Satrapinin bu baş qəhrəmanı özünün 1950-ci illərdə yaşamış ulu əmisinin həyatından ilhamlanıb. Əsər boyu Tehranda cərəyan edən bu hadisələr həmin dövrdəki İran mədəniyyəti, adətlər və bir musiqiçinin həyata keçməyən arzuları və zərrə də yolunda getməmiş ömrü ilə kəsişərək sonda silsilə incəsənətin ən melanxolik nümunələrindən biri ilə nəticələnib. Əsərin 2011-ci ilə aid rejissorluğunu Marjane Satrapinin özü və Vincent Paronnaud’un etdiyi eyni adlı filmi də var. Hərçənd ki, filmdə əsərdən fərqli olaraq Nassir Əli skripka ifaçısıdır, əsərin fantezi, yumoristik, qrotesk, müəyyən məqamlardakı ekspressionist havasını uğurla əks etdirə bildiyi üçün izləməyə dəyər filmdir. Əsərdən bir sıra sitat və təsvirlərlə birgə sonda filmdən daha çox əsərinə layiq giriş soundtrack’ini də təqdim edirik.

 

Nə gəlişim peyğəmbər bəxş etdi səmaya,

Nə gedişim yüksəldər onun heybətini.

Gəliş və gedişlər əsarətindəyəm indi,

Nə niyəsini eşitdi qulaq, nə səbəbini.

– Gələndə yolda gözümə bilirsən nə sataşıb?! Kinoteatrda “Woman of the River” gedirdi. Oradakı aktrisa da bilirsən də kimdir.

– Maraqlandırmır məni…

(Abdi əlləri ilə aktrisanın sinəsini vurğulayır)

– Sophie Loren?!

– Hələ “The Gold of Naples” yadına gəlir sənin?

– Yeməli idi orada lap.

– Greta Garbo’nu ilk dəfə gördüyüm anı da xatırlayıram, o dəqiqə vurulmuşdum. Amma Sophie Loren.. Bu tam başqa şeydir e.

– Əbəttə. Bu dəqiqə hisə verilmiş siyənək balığı ilə kürünü müqayisə edirsən elə bil.

– Bəlkə arada gedib film izləyək?

– Dedim axı sənə, mən ölməyə qərar vermişəm. 

 

– Guya sən bütün səhvlərin düzüsən də. “Yox!” deməyə yeganə cəsarəti olan birisən.

– Eləyəm. Yoxsa ki, təsəvvür elə hər kəs sənin kimidir.

– Hər kəs mənim kimi olsaydı nə olardı ki? Elə bilirsən daha pis olardı? Sənin kimilər indiyə kimi nəyisə dəyişə bilib heç?

– Mən dəhşətli ağrılar içindəyəm və bircə istəyim var: ölüm! Amma sən imkan vermirsən. Dua edirsən, dua edirsən, elə hey dua edirsən. Sənin duaların imkan vermir ki, mən o biri dünya ilə qovuşum. Həyatında bircə dəfə, oğlum, özünü yox, başqasını düşün. Sən mənim sağ qalmağımı özün üçün istəyirsən, amma mən yaşadıqca əzab çəkirəm. Pərvərdigarı çağırmaqdan vaz keç, qoy gedim. 

– Nəysə, mən indi gedirəm. Bu günə almalı çoxlu can var.

– Əzrail!

– Nassir Əli!

– Səncə mənim geri qayıtmağım üçün bir az gecdir?

– Bir az gec deyil, əziz dost, çox gecdir.

 

– Səncə Romeo və Juliet’in birlikdə 6 uşağı filan olsa, kimsə durub onlar haqqında kitab yazardı? Sən indi əzab çəkirsən. Ona görə indi daha gözəl ifa edirsən. Sənin bu qadına qarşı hiss etdiyin sevgi musiqində əks olunacaq. O indi sənin ifa elədiyin notların hər biridir. 

 

– Mirzə, mən tar axtarıram.

– Tar? Səndə ki, dünyanın ən yaxşısıdır.

– Biri onu parçaladı..

Chicken with Plums (2011) – Générique

Marjane Satrapi “Chicken with Plums” (goodreads)

Marjane Satrapi “Chicken with Plums” (IMDB)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here