TOP 5 yerli alternativ musiqi qrupu

0
827

Müasir zamanı musiqisiz təsəvvür etmək çətindir. Hazırda müxtəlif istiqamətlər, üslublar və janrlar mövcuddur və onların hər birinin öz auditoriyası var.

Bu gün biz sənə Bakı gəncləri arasında məşhur olan alternativ musiqi qrupları haqqında danışacağıq. Bu uşaqlar doğrudan da maraqlı musiqi yaradırlar və onların çıxışlarını qaçırmaq olmaz.

Dihaj

Geniş tanınan və gənclər arasında məşhur olan Dihaj qrupu hazırda eksperimental, doom və pop üslubunda fəaliyyət göstərir. Qrup 2014-cü ilin sonunda Diana Hacıyeva, Əli Nəsib və Anar Abdullayev tərəfindən yaradılıb. Avroviziya 2017 müsabiqəsindən sonra Dihaj yeni «The End of Sunrise» albomu ilə çıxış edib, bu ilin yayında isə qrup Yaşıl teatrda ilk solo konsertini verib. Qrup beynəlxalq festivallarda fəal iştirak edir. İndi isə onlar yeni albom buraxmağa və klip çəkməyə hazırlaşırlar. Onların çıxışını canlı izləmək asandır — qrup tez-tez fərqli məkanlarda ifa edir.

Bu gənclər, sosial mövzülara toxunan milli musiqinin müasir interpretasiyası ilə məşhurdur. Bu uşaqların janrı kifayət qədər fərqli və yerli musiqi arasından seçiləndir. Qrup və onların fanatları bu musiqiyə “Saritic Rock” adı veriblər. Onların musiqisi gənclər arasında məşhurdur.

Ahmedowsky Trio

Baxmayaraq ki, bu gənc qrup solist Babək Əhmədovski tərəfindən 2016-cı ilin iyununda yaradılıb, qrup gənclər arasında sürətlə məşhurlaşır. Neo-fank, caz-muğam və ambiant janrlarında çıxış edən maraqlı trio bu yaxınlarda festivalda iştirak ediblər. (Xəzərin sahilində, küçə musiqisi festivalı). Siz həmçinin onları müxtəlif festivallarda, sərgilərdə, klublarda və gənclərin adətən toplaşdığı məkanlarda görə bilərsiniz.

Anar Keytarman

Bəli Anar qrup deyil, amma onu Bakı caz sevərləri «Qaya» ansamblının solisti, caz pianoçusu və bəstəkarı, «Orient Ekspress» qrupunun rəhbəri kimi yaxşı tanıyır. 2009-cu ildə Anar Praqaya köçür və orada musiqi fəaliyyətini aktiv şəkildə davam etdirir. O, Broken Glass, House Life, Latimer House kimi qruplarda çıxış edir. Bundan əlavə Çexiyada Orient Ekspress qrupunu yenidən yaradır.

Son illər bəstəkarlıq fəaliyyəti ilə məşğul olur, kompyuter oyunları üçün musiqilər bəstələyir, filmlər üçün saundtreklər yaradır və bir sıra yerli musiqiçilərlə maraqlı sintezlər edib cixişlar edir.

Dezz&Surreal Les Gardiens du Silence

Qrupun əsası 2015-ci ilin dekabrında qoyulub. Bu qrup musiqinin mistik imkanlarının öyrənilməsi layihəsi kimi yaranıb. Layihə misir, şumer, babil və yunan kimi qədim musiqi və mədəniyyət əsasında hazırlanıb. Nej, al oud, djembe, harmoniya, tay fleytası, kelt arfası, diceridu, mridanqa / hol, deqt, hepidrums, skripka, dodaq arfası, hanun, tamburin, gitara, etnik vokal kimi müxtəlif instrumentlərdən istifadə olunub. 2017-ci ildə qru ilk «Divine Balance: Feminine. Divinity» adlanan albomunu təqdim edib. Onların musiqisi əsasən qəlbin rahatlığı, meditasiya, özünü dərk etmə üçün istifadə olunur. Janrları isə World Music, New Age Music, Ethno-Spiritual Music, Ancient Folk kimi tanınır.

Farida Mamedova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here